"Bavariya"nın fəxri prezidenti Frans Bekkenbauer Çempionlar Liqasının yarımfinalında uduzduqları "Barselona" haqda maraqlı fikirlər səsləndirib.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Bekkenbauer Messisiz "Barselona"nın iddiasız komandaya çevriləcəyini bildirib:
"Messisiz "Barselona" iddiasız komanda olar. Çünki o, hazırda ən yaxşı futbolçusudur. Ancaq dünya futbol tarixinin ən yaxşısı hələ də Peledir".
Daha öncə "Bavariya"nın baş məşqçisi Pep Qvardiolanın oyun fəlsəfəsini tənqid edən Bekkenbauer fikrini dəyişib. O, Qvardiolanın uzun illər Münhen təmsilçisində qalmasını istəyir:
"Bəli, ötən il oyunçuların çox paslaşması mənim üçün darıxdırıcı gəlirdi. Ancaq Qvardiola öz oyun fəlsəfəsi ilə komandanın fəlsəfəsi arasında balans yaratmağı bacardı. O, uzun illər "Bavariya"da qalsa, dünyanın ən xoşbəxt insanı olaram".
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq