“Alves mənə öz ciyərini təklif etdi"
“Barselona”nın və Fransa millisinin sabiq futbolçusu Erik Abidal qara ciyəri dəyişdirilən ərəfədə komanda yoldaşlarının ona verdiyi mənəvi dəstəyi heç vaxt unutmayacağını bildirib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, xüsusilə Dani Alvesin fədakarlığından söz açıb.
“Alves mənə öz ciyərini təklif etdi. O, bunu ciddi deyirdi. Amma mən onun təklifini qəbul edə bilməzdim. Axı, Alvesin də ailəsi, futbol karyerası var. Mənə ciyərini bağışlayan qohumum Jerarın etdiyi riks böyükdür. O, mənim həyatımı xilas etdi. Mənim immun sistemimin yeni ciyərə öyrəşməsi çox uzun çəkdi. Xəstəxanada 42 gün qaldım. Dəhşətli ağrılar hiss edirdim” – deyə E.Abidal bildirib.
O əlavə edib ki, həmin ərəfədə azarkeşlərdən də böyük dəstək görüb: “Mən sözlə ifadə edilməyəcək qədər dəstək aldım”.
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq