"Barselona"nın baş məşqçisi Luis Enrike Çempionlar Liqasının yarımfinalında qarşılaşacaqları "Bavariya" ilə cavab oyunu haqda danışıb.
Qol.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında yalnız qələbə haqda düşündüklərini bildirib:
"Biz əks hücumlarda yaxşı oynayırıq. Qvardiolanın bizim haqda dedikləri ilə razıyam. Biz də onlar kimi açıq və topla oynamağı sevirik. Cavab matçının gərgin keçməsini istəmirik. Rəqibi məğlub etmək üçün silahlarımızdan istifadə edəcəyik. "Bavariya"nın qol vurmaq üçün böyük potensialı var. Yalnız qələbə haqda düşünürük".
Qeyd edək ki, bu gün keçiriləcək "Bavariya" - "Barselona" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Bu komandalar arasında baş tutan ilk görüşdə "Barselona" 3:0 hesabı ilə qalib gəlib.
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq