PSV-dən yeni rekord

PSV-dən yeni rekord
XƏBƏR 11 May 2015 / 18:58 4128
-  A +

Cari mövsüm Hollandiya çempionatının qalibi olan PSV yeni rekorda imza atıb.

Qol.Az-ın məlumatına görə, bu, 33-cü turda "Herakles"lə oyuna təsadüf edib.

Öz meydanında rəqibinə 2:0 hesabı ilə qalib gələn Eyndhoven təmsilçisi cari mövsüm 28-ci qələbəsini qazanmaqla yeni rekord müəyyənləşdirib.

Üstəlik PSV 17 ev oyunundan 16-da qalib gəlməklə klub tarixinin rekordunu təkrarlayıb.

Qeyd edək ki, komanda son turda səfərdə "Den Haaq"ı məğlub edərsə, Hollandiya çempionatında yeni rekorda imza atmış olacaq. 

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner