Rusiyanın "Lokomotiv" (Moskva) klubunun baş məşqçisi Miodraq Bojoviç istefa verib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, monteneqrolu mütəxəssisin istefası rəhbərlik tərəfindən qəbul olunub.
46 yaşlı mütəxəssis baş məşqçi vəzifəsindən getməsinin səbəbini belə izah edib: "Lokomotiv" uzun müddət idi ki, qələbəyə həsrət idi. Komanda Premyer Liqada qarşısına qoyduğu hədəfə çata bilmədi. Hərçənd bunun üçün hər cür şərait yaradılmışdı. Hazırkı heyətlə yüksək yerlər uğrunda mübarizə aparmaq olardı. Lakin məndə alınmadı. Bu səbəbdən istefa vermək qərarına gəldim. İnanıram ki, "Lokomotiv"in yaxşı gələcəyi var. Kubokun finalında bu komandaya azarkeşlik edəcəm".
Qeyd edək ki, "Lokomotiv" Premyer Liqada geridə qalan 27 turdan sonra 39 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq