“Azərbaycanın Avropa Oyunlarına tam hazır olduğunu göstərdik”
“Tour d’Azerbaidjan-2015” çox maraqlı və kifayət qədər gərgin keçdi. Bütün mərhələlər canlı yayımlandı və hamı yarışın yüksək səviyyədə keçməsinin şahidi oldu".
Qol.Az-ın məlumatına görö, bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, “Tour d’Azerbaidjan-2015”in Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov yarışdan sonra keçirilən mətbuat konfransında deyib.
Federasiya rəsmisi ənənəvi yarışla bağlı fikirlərini açıqlayıb. Onun sözlərinə görə, turnirə qatılan bütün komandalar təşkilatçılıqdan razı qalıblar: “Məqsədimiz komandaların razı qalması idi və xoş haldır ki, narazılıq edən olmayıb. İştirakçılarımız Azərbaycanla tanış olmaq imkanı qazandılar. Bu yarışı izləyənlər gördülər ki, ölkəmiz istənilən yarışı yüksək səviyyədə keçirmək gücündədir. Bununla da Azərbaycanın Avropa Oyunları üçün tam hazır olduğunu və ölkəmizin istənilən səviyyəli yarışı ən yaxşı şəkildə təşkil etməyə qadir olduğunu növbəti dəfə göstərdik”.
“Tour d’Azerbaidjan-2015”in Bakı-2015-in şosse velosipedi üzrə qrup yarışları ilə eyni marşrut üzərində keçirilən sonuncu mərhələsini Avropa Oyunları Əməliyyat Komitəsi ilə birgə təşkil etdiklərini deyən vitse-prezident qeyd edib ki, sınaq yüksək səviyyədə baş tutub. O, "Synergy Baku"nun çempionluğunu da yüksək qiymətləndirib: “Biz ildən-ilə hər şeyi yaxşılaşdıracağıq. Bu işlərə də başlayanda məqsədimiz bu olub. Azərbaycan prezidenti cənab İlham Əliyev ölkə idmanına böyük diqqət və qayğı göstərir. Velosiped idmanı da bunun sayəsində inkişafdadır. Artıq ilk bəhrələri görməkdəyik. Avropa Oyunlarına gəlincə, yarışda ən güclü idmançılar mübarizə aparacaqlar. Biz də yaxşı nəticələr göstərmək istəyirik. Çünki, bu möhtəşəm yarışda yüksək təşkilatçılıqla yanaşı, əla nəticələr də vacibdi”.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı