Ruslan Qurbanov oynamadı, komandası qalib gəldi

Ruslan Qurbanov oynamadı, komandası qalib gəldi
XƏBƏR 10 May 2015 / 00:40 2163
-  A +

Xorvatiya çempionatında 33-cü turun oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, Ruslan Qurbanovun şərəfini qoruduğu "Hayduk" klubu evdə "Osiek"i qəbul edib.

Gərgin keçən oyunda sevinən tərəf Split təmsilçisi olub. Rəqibinə 3:2 hesabı ilə qalib gələn "Hayduk" xalını 46-ya yüksəldib. Millimizin üzvü bu matçın 18-liyinə salınsa da, meydana daxil olmayıb.

Qeyd edək ki, 33 turdan sonra aktivində 46 xalı olan "Hayduk" turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner