"Çelsi"nin uğurunu heç kim xatırlamayacaq"

"Çelsi"nin uğurunu heç kim xatırlamayacaq"
XƏBƏR 8 May 2015 / 00:01 5673
-  A +

Danimarka millisinin baş məşqçisi Morten Olsen İngiltərə Premyer Liqasının qalibi "Çelsi" haqda maraqlı fikirlər səsləndirib. 

Qol.Az-ın məlumatına görə, "Metroexpress" qəzetinə danışan təcrübəli mütəxəssis "Çelsi"nin uğurunun tez zamanda unudulacağını iddia edib.

Mourinyonun "Çelsi"də cari mövsüm əldə etdiyi uğurun şişirdildiyini deyən Olsen bir çox mütəxəssisin bunu təkrarlaya biləcəyini vurğulayıb:

"Çelsi"nin çempionluğu bir il sonra unudulacaq. Heç kim onları xatırlamayacaq. Bunun səbəbi isə onların darıxdırıcı futbol oynamalarıdır. Xeyli miqdarda pul xərclənməsinə və istənilən futbolçuların alınmasına baxmayaraq, "Çelsi" baxımlı oyunu sərgiləmir".

Qeyd edək ki, ötən həftə evdə "Kristal Palas"a 1:0 hesabı ilə qalib gələn "Çelsi" sona 3 tur qalmış çempionluğunu elan edib.


Son xəbərlər
06.10.24  15:25

Vinisiusa nə olub?