Mayın 6-10-da keçiriləcək "Tour d’Azerbaïdjan-2015" veloyürüşündə dünyada diabetli idmançılardan təşkil olunmuş ilk peşəkar komanda - Amerika Birləşmiş Ştatlarının "Team Novo Nordisk" komandası da iştirak edəcək.
Qol.Az-ın məlumatına görə, Diabetli insanlardan təşkil edilmiş kişi pro-kontinental velosiped komandası, "Team Novo Nordisk"in (veloyarış, triatlon, qaçış) ən aparıcı komandasıdır.
"Team Novo Nordisk" komandası keçən il də "Tour d’Azerbaïdjan" veloyürüşündə mübarizə aparıb və bu il də yenidən bütün idmançılarla bərabər şərtlər altında çıxış edəcək.
Qeyd edək ki, mayın 6-da start götürəcək veloyürüşdə ümumilikdə 24 ölkənin 25 komandası iştirak edəcək. Yarışın proqramına əsasən, iştirakçılar mayın 6-da Bakı-Sumqayıt (154 km), mayın 7-də Bakı-İsmayıllı (187 km), mayın 8-də Qəbələ-Şəki-Qəbələ (177 km), mayın 9-da Qəbələ-Mingəçevir (205 km) marşrutu üzrə hərəkət edəcəklər. Mayın 10-da paytaxtda təşkil olunacaq sonuncu mərhələ (144 km) isə Bakı-2015 ilk Avropa Oyunlarının marşrutu üzrə keçiriləcək.
"Novo Nordisk" şirkəti Azərbaycan Diabet Cəmiyyəti ilə birlikdə, gənc diabetli insanların diabetin səviyyəsini yaxşı saxlmaqla nəyə qadir olmağını göstərmək məqsədilə, "Team Novo Nordiskə" dəstək olmaq üçün bir neçə tədbir həyata keçirəcək. Mayın 10-da veloturun finiş xətti yaxınlığında "Novo Nordisk"in tenti qurulacaq, diabetlə bağlı materiallarla tanış olmaq, həmçinin komandanın üzvləri ilə görüşmək imkanı yaradılacaq. Həmin gün, komandanın üzvləri ilə diabetli gənclərin görüşü keçiriləcək. Görüş zamanı diabetin nəzarətdə saxlanılmasında idmanın rolu barədə söhbət aparılacaq.
“Belə yarışlarda iştirak bizə gücümüzü daha da artırmağa imkan verir və bununla dünyaya göstəririk ki, diabetlə yaşayaraq öz arzularına çatmaq olar”. Bu fikirlər komandanın yaradıcılarından biri Fil Santerlanda məxsusdur. Onun sözlərinə görə, yaxşı nəticələrə nail olmaqla, diabetlə yaşayanları ruhlandırmaq və diabetə nəzarət etməklə öz arzularına çatmağın mümkünlüyünü sübut etmək olar. “Keçən il mən ilk dəfə "Tour d’Azerbaïdjan" veloyürüşündə iştirak etdim və mənə Bakının nə üçün "Küləklər şəhəri" adlanması dərhal aydın oldu" - deyə, komandanın üzvü Kris Uilyanıs bildirib. “Kağız üzərində "Tour d’Azerbaïdjan" adi yarış kimi
görünür, lakin küləkli hava şəraitində vəziyyət təmamilə fərqlidir. İndi mən daha təcrübəliyəm və yaxşı hazırlaşdığıma inanıram. "Tour d’Azerbaïdjan"da iştirak etdiyim üçün çox sevinirəm.
Beynəlxalq Diabet Federasiyasının statistikasına əsasən, hazırda dünyada 387 milyon insan diabetlə yaşayır və ehtimal olunur ki, bu rəqəm 2035-ci ilə qədər artaraq 592 milyona çatacaq. Azərbaycanda isə diabetli insanların sayı 220 mindən çoxdur.
“Diabetə qalib gələrək yaşamaq” layihəsi ilə "Novo Nordisk" şirkəti bütün dünyada diabetlə yaşayan milyonlarla insana və gələcəkdə bu xəstəliyə tutulmaq riski olanlara öz dəstəyini ifadə edir. "Novo Nordisk" diabetin müalicəsində ən yeni texnologiyalardan istifadə edən, 90 illik tarixə malik dünyaca tanınmış bir şirkətdir.
"Novo Nordisk" yüksək effektli ləvazimatların istehsalında ən qabaqcıl şirkət kimi, şəkərli diabetlə yaşayan insanların həyat keyfiyyətinin yaxşılaşmasına öz töhfəsini verir. Şirkət həmçinin hemofiliyanın müalicəsi sahəsində və hormon əvəzedici müalicələri üzrə də ixtisaslaşıb. "Novo Nordisk" 75 ölkədə 41 min işçi yeri yaratmaqla dünyanın 180 ölkəsində fəaliyyət göstərir.
Bekker 100-ə çatdı
Ötən il əfsanəvi futbolçulardan kimlər karyerasını bitirdi?
Yığma qalib gəlsə, böyük məbləğdə pul mükafatı alacaqlar
"Barselona" misirli futbolçunu transfer edir?
"Mançester Yunayted" Matetaya göz dikdi
"Onlar güclü rəqiblərə qarşı matçlarda büdrəyirlər"
"Aston Villa" braziliyalı hücumçunu transfer etdi
Zədələndiyi üçün transfer siyahısından çıxarıldı
Mareskanın yerinə əsas namizəd odur
"Borrusiya"dan "Braytona" keçir
"Qalatasaray"ın müraciəti rədd edildi
Obameyanq qovuldu, yığmanın məşqçiləri istefaya göndərildi
Slot: "Frimponqu sürətinə görə aldıq"
"Çelsi" Mareskanı göndərdi - Rəsmi
"Real" Vinisiusla danışıqları bərpa edir
Dünyanın ən bahalı yarımmüdafiəçiləri
Modriç: "Ofisiant olmaq istərdim"
“Şaxta Babaya inanırdım” - Yuri Vernidub
Tanınmış məşqçidə xərçəng aşkarlandı
Misli Premyer Liqası: İlk yarının təhlili
FIDE 2026-cı ilin ilk reytinqini açıqladı
"Real" onunla müqaviləni uzadacaq
"Zirə"nin legioneri bu dəfə ehtiyatda qaldı
"Mən səni çox sevirəm"
Neymarla yeni müqavilə imzalandı
“Çelsi” bu gün Mareska ilə yolları ayıra bilər
Afrika Millətlər Kubokunda 1/8 finalın bütün cütlükləri
Mbappenin durumu müəyyənləşdi
FİFA “The Best”i ləğv edir - Yeni mükafat yaradılır
Roberto Karlos ürəyindən əməliyyat olundu
“Fənərbaxça”da yeni prezident seçkisi
40 yaşlı futbolçu "uzunömürlülük" sirrini açıqladı
"Yuventus"un futblçusunun "Cenoa" arzusu baş tutmadı
Ştegen yalnız bu şərtlə "Barselona"dan ayrılmağa hazırdır
"Roma" yarımmüdafiə xəttini onunla gücləndirməyi hədəfləyir
Sabiq futbolçuya ərəblərdən təklif gəldi
Kurtua ayın ən yaxşısı seçildi