Poqba "Yuventus"dan ayrılacaqmı?

Poqba "Yuventus"dan ayrılacaqmı?
XƏBƏR 4 May 2015 / 22:25 4416
-  A +

"Yuventus"un idman direktoru Beppe Marotta komandanın futbolçusu Pol Poqbanı satacaqları ilə bağlı yayılan iddialara münasəbit bildirib.

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, o, fransalı yarımmüdafiəçi ilə bir çox klubun maraqlandığını təsdiqləyib. Ancaq B.Marotta Poqbanı satmağı düşünmədiklərini deyib:

"Poqba komandanın önəmli futbolçularından biridir. Onu satmağı düşünmürük. Poqbanın özü də "Yuventus"dan ayrılmaq istəmir".


Son xəbərlər