Honda, Mazda, Subaru, Mitsubishi-dən çağırış: Yay tətilində kredit ödəməyin!

Honda, Mazda, Subaru, Mitsubishi-dən çağırış: Yay tətilində kredit ödəməyin!
XƏBƏR 4 May 2015 / 10:22 2438
-  A +

"3 ay yay istirahətinizi yeni avtomobilinizlə səyahətlərdə keçirin, biz isə sizin avtomobil kreditinizi ödəyərik!" - uzun iş mövsümündən sonra yayın istirahət imkanlarına yapon avtomobil nəhəngləri daha bir fürsət qatır. Honda, Mazda, Mitsubishi və Subaru brendlərinin Azərbaycandakı təmsilçisi bu brendləri seçənlərə yay fürsəti təqdim edir. Mayın 1-dən iyunun 30-dək alınan bu yapon avtomobillərinin 3 aylıq kredit ödənişi müştərilərə hədiyyə olunacaq.

Kredit  50% ilkin ödəmə, 14% illik və 3 il müddətinə təqdim edilir. Misal üçün, qiyməti 38 900 manat olan Mazda 6 High modeli alan şəxs kreditin 3 aylıq hissəsini - 1994 manat ödəməyəcək.

Xatırlatmaq yerinə düşər ki, yapon avtomobil sənayesinin nəhəngləri olan Mitsubishi-nin Outlander, Pajero və Attrage, Subaru-nun Forester, XV və Legacy, Honda-nın City və CR-V, Mazda-nın Mazda 6, Mazda 3 və CX-5 modellərinin 2015-ci il istehsalları artıq rəsmi distribüteri salonlarındadır.

Qeyd edək ki, yay fürsətindən faydalanıb nağd ödənişlə avtomobil almaq istəyənlərə isə xüsusi qiymətlər təklif olunacaq.   

Son xəbərlər