Azərbaycan Premyer Liqasının 32-ci turunda “Qarabağ”la qarşılaşan "Qəbələ" yeni rekorda imza atıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” ardıcıl 9-cu dəfə meydanı məğlubiyyətsiz tərk edib.
Sonuncu dəfə fevralın 15-də “Neftçi” ilə ev oyununda (1:3) uduzan Roman Qriqorçukun komandası 8 qələbədən sonra meydandan heç-heçə ilə ayrılıb. Paytaxt təmsilçisi ilə qarşılaşmadan sonraya təsadüf edən qələbə seriyası qırılsa da, məğlubiyyətsizlik və qollu oyunlar seriyası davam edir.
Fevralın 10-da səfərdə “Simurq”un qapısına yol tapa bilməyən (0:2) “Qəbələ” son 10 matçı qolsuz tərk etməyib. Bu görüşlərdə komanda 19 dəfə fərqlənib. Ardıcıl 10 çempionat görüşündə qol vurmaq isə klub tarixinin yeni rekordudur. 2006-cı ildən Premyer Liqada çıxış edən “qırmızı-qaralar” 2010-cu ildə qeydə alınan rekordunu yeniləyib. Həmin vaxt komanda ardıcıl 9 matçda rəqib qapısına yol tapmışdı.
Bu seriyada son 5 oyunda 5 qol vuran Cavid Hüseynovun da rolu olub. Ardıcıl 3 matçdır meydanı qolsuz tərk etməyən yarımmüdafiəçi mövsümdə 11-ci dəfə fərqlənib. O, “Qəbələ”nin tarixində 1 mövsümdə ən çox qol vuran futbolçu adına daha da yaxınlaşıb. Bu göstəricidə rekord ötən mövsüm 12 qol vuran Daniel Subotiçə məxsusdur.
Rekordun 1 addımlığında olan Cavid klub tarixinin ən məhsuldar oyunçularının siyahısında 10-cu yerə şərik olub: Viktor Mendi - 31, Dodo - 23, Rövşən Əhmədov - 20, Kənan Kərimov - 18, Yannik Kamanan - 17, Deon Barton - 15, Daniel Subotiç - 13, İbrahim Hüseynov, Vitali Balamestnı - hər ikisi 12, Rəşad Yusubov, Cavid Hüseynov – hər ikisi 11.
Bütün qollarını çempionatda vuran yarımmüdafiəçi klubun Premyer Liqadakı bombardirləri siyahısında 6-cı yerə şərikdir: Viktor Mendi - 27, Dodo - 21, Yannik Kamanan - 16, Deon Barton - 15, Daniel Subotiç - 12, Kənan Kərimov, Vitali Balamestnı, Cavid Hüseynov – hamısı 11.
Roman Qriqorçukun rəhbərliyi altında Premyer Liqadakı əvvəlki 11 matçda 9 qələbə qazanıb, 3 dəfə məğlub olan “qırmızı-qaralar” mövsümün 2-ci yarısında ilk dəfə heç-heçə edib. "Qəbələ" sonuncu dəfə 2014-cü ilin son qarşılaşmasında – dekabrın 21-də “İnter”lə ev matçında bərabərliyə (1:1) imza atmışdı.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
Milli komandanın sabiq qapıçısı 37 yaşında vəfat etdi
Tevesin vida oyunu: Messi olacaq, bəs Ronaldo?
Məşhur hakim səhvini etiraf edib üzr istədi
Kimmix danışdı, “Bavariya” narazı qaldı
“Bornmut” təəccübləndirir
“İnter” Azərbaycan millisinin hücumçusu ilə maraqlanır
2031-ci ilə qədər "İnter"də
"Beşiktaş" "Hapoel"i belə məğlub etdi - Video
Azərbaycanlı futbolçu Konfrans Liqasında oyuna çıxdı
"Trabzonspor" və "Kayrat" qalib gəldilər
"Milan" və "Beşiktaş"dan qələbə
Ərdoğan “Beşiktaş” prezidentinə zəng etdi
“Beşiktaş”ın matçında dava düşdü - Yenilənib
“Real”ın gənc futbolçusunu hədəfə aldılar
Məşq bazasında həbs olundu
“Tottenhem”də ciddi itki
Gəncədə qalib müəyyənləşmədi
“Beşiktaş”la derbidə oynaya bilər
“Sabah”la matçda zədələnən Baldedən xəbər var
“Mançester Siti”nin düşərgəsində ab-hava dəyişib?
Çempionlar Liqasında həftənin futbolçusu bəlli oldu