Millimizin futbolçusunun yeni baş məşqçisi müəyyənləşdi

Millimizin futbolçusunun yeni baş məşqçisi müəyyənləşdi
XƏBƏR 2 May 2015 / 14:33 3155
-  A +

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu "Qranada" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanı Xose Ramon Sandoval çalışdıracaq.

46 yaşlı mütəxəssis mövsümün sonuna qədər baş məşqçi vəzifəsini yerinə yetirəcək. O, bu postda dünən istefaya göndərilmiş Abel Resinonu əvəzləyəcək.

Qeyd edək ki, "Qranada" La Liqada geridə qalan 34 turdan sonra 25 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Daha çox


Son xəbərlər