Futbolda yeni qayda

Futbolda yeni qayda
XƏBƏR 29 Aprel 2015 / 17:57 8844
-  A +

Dünya Futbolçular Birliyi (FİFPRO) rəsmi "Twitter" səhifəsində maraqlı sörğu keçirib.

Qol.Az-ın məlumatına görə, 27 ölkədən 244 futbolçu arasında keçirilən sorğuda  oyun zamanı üç deyil, dörd oyunçu dəyişikliyin olması ilə bağlı məsələ müzakirə olunub.

Sorğuda iştirak edən  244 futbolçudan 205-i  nəzərdə tutulan yeni qaydanı müsbət qiymətləndirib. Bəziləri isə  dördüncü oyunçu dəyişikliyinin uzatma dəqiqələrində həyata keçirilməsinin tərəfdarı olduğunu bildirib.

Qeyd edək ki, Beynəlxalq Futbol İttifaqı Kabineti bu ilin  fevral ayında uzatma dəqiqələri oynanılan zaman dördüncü oyunçu dəyişikliyinin edilməsi ilə bağlı göndərilən təkliflərə rədd cavabı vermişdi.

Daha çox


Son xəbərlər