Rusiyanın “Spartak” (Moskva) komandasının erməni əsilli hollandiyalı futbolçusu Araz Özbiliz türk əsilli isveçrəli baş məşqçi Murat Yakından ciddi narazılığını dilə gətirib.
APA-nın “Sport-Ekspress” qəzetinə istinadən verdiyi məlumata görə, A.Özbiliz M Yakının onu uydurma “erməni soyqırımı”nın ildönümü kimi qeyd edilən 24 apreldə əsas komandadan qovduğunu deyib: “Həm gülməli, həm də kədərlidir ki, Yakın məni “Spartak”ın əsas komandasından qovduğunu Osmanlı İmperiyasında ermənilərin soyqırımının ildönümündə bəyan etdi”.
2014-cü ilin iyununda ciddi zədələnən A.Özbiliz hazırda özünü çox yaxşı hiss etdiyini söyləyib: “Lakin rəsmi versiyaya görə, mən hələ də zədəliyəm. Halbuki özümü çoxdan bəri əla hiss edirəm və yüz faiz hazıram. Bir aydan çoxdur ki, fiziki hazırlıq üzrə məşqçi ilə hazırlıqları başa çatdırmışam. Aydındır ki, bu mərhələdən sonra oyun kondisiyası toplamaq lazımdır ki, əvvəlki səviyyəmə çıxa bilim. Lakin ötən 5-6 həftə ərzində heç bir irəliləyişə nail ola bilməmişəm. İmkan verilmir. Komanda ilə sonuncu dəfə aprelin 17-də, “Mordoviya” ilə oyundan bir gün əvvəl məşq etdim. Ertəsi gün komandamız qalib gəldi və məşqçi oyunçulara 3 gün icazə verərək köməkçiləri ilə birlikdə İsveçrəyə getdi. Komandada heç kim qalmadı. Anlamıram, peşəkar futbolda necə ola bilər ki, 4 məşqçinin hamısı eyni vaxtda getsin və komandaya tezliklə qayıtmaq istəyən oyunçunu hazırlaşdırmaq üçün kimsə qalmasın. Lazımi səviyyədə ünsiyyət yoxdur. Sonra məşqçilər qayıtdılar və bizi iki məşq gözləyirdi. Birində ümumi qrupda çalışdım, digərində isə Denis Qluşakov və Joao Karlosla birlikdə ayrıca çalışdıq. Yakına dedim ki, son bir ildə ilk dəfədir ki, gündə iki dəfə məşq edirəm. Ertəsi gün məşqin sonunda diz əzələlərimdə azacıq yorğunluq hiss etdim və bunu məşqçiyə söylədim. O isə bütün məşqçiləri və həkimləri toplayaraq mənim hələ hazır olmadığını elan etdi. Şoka düşdüm”.
A.Özbiliz belə məşqçi ilə çalışmaq istəmədiyini vurğulayıb: “Mən demirəm ki, dərhal əsas heyətdə oynamalıyam, lakin mən komanda ilə birlikdə çalışmaq istəyirəm ki, tezliklə lazımi kondisiyaya çatım. İnsanlara belə münasibətlə və kollektivdəki bu cür mikroiqlimlə uğurlara nail olmaq mümkün deyil. Mən də, digər futbolçular da komandada baş verənləri anlamırıq. Məni ikinci komandaya göndərəndə komanda yoldaşlarım buna inanmadı. Soruşurlar ki, niyə? Cavab verə bilmirəm. Mən hər zaman belə fikirləri yaxına buraxmamışam, amma indi özümə sual verirəm ki, bəlkə baş verənlər mənim erməni, məşqçinin isə türk olması ilə əlaqədardır? Bəs Movsisyan nə düşünsün? Son illər hər mövsümdə azı 15 qol vurub, lakin birdən ona inanmırlar və meydana buraxmırlar. Ölkədə ən yaxşı hücumçulardan biri olan Movsisyan birdən-birə necə ehtiyat oyunçuya çevrilə bilər?..”
Qeyd edək ki, Araz Özbiliz İstanbulda doğulub, daha sonra ailə Hollandiyaya köçüb. Araz məşhur “Ayaks” klubunda peşəkar futbola başlayıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi