Fransada təşkil olunan 7 mərhələli "Le Tour de Bretagne" yarışının aprelin 28-də keçirilən 190 km-lik 4-cü mərhələsi “Synergy Baku” üçün uğurlu nəticə ilə yadda qalıb.
Qol.Az-ın məlumatına görə, komandamızın üzvü Yannis Tamuridis məsafəni 4 saat, 16 dəqiqə, 25 saniyəyə başa vurub və bununla da finiş xəttini 2-ci keçib. Digər velosipedçilərimizə gəlincə, Dennis van Vinden 9-cu, Maksim Averin isə 12-ci olub.
Xatırladaq ki, "Le Tour de Bretagne"ın 2-ci mərhələsi "Synergy Baku"nun digər üzvü Matey Müqerlinin qələbəsilə başa çatmışdı.
4-cü mərhələdəki uğurlu çıxışı Yannis Tamuridisə ümumi təsnifatda 8-ci pilləyə yüksəlməyə imkan verib. İndi o, liderdən cəmi 23 saniyə geri qalır. Komanda hesabında isə "Synergy Baku" 22 kollektiv arasında 3-cü yerdədir.
Bu gün keçiriləcək 5-ci mərhələdə iştirakçılar 169 km məsafə qət edəcəklər.
Qeyd edək ki, "Le Tour de Bretagne" yarışı "Synergy Baku" üçün mayın 6-10-da keçiriləcək "Tour d’Azerbaïdjan" veloyürüşü öncəsi son sınaq xarakteri daşıyır.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi