Gənclər və idman naziri Azad Rəhimov Serbiyanın Novi Sad şəhərindəki yeniyetmə və gənclər arasında Avropa çempionatında 6 medal qazanmış Azərbaycan yığmasının üzvlərini qəbul edib.
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərəgörə, görüşdə gənc samboçu Kamran Əsgərovun 62 kq çəki dərəcəsində çempion olması şərəfinə Azərbaycanın deyil, Ermənistan himninin çalınması məsələsinə də toxunulub.
Baş məşqçi Yaqub Abdullayev baş vermiş olayla əlaqədar yığma rəhbərliyinin təşkilatçılara rəsmən etiraz bildirildiyini xatırladıb. O qeyd edib ki, etirazdan sonra Azərbaycan himni səsləndirilib və ertəsi gün rəsmən üzr istənilib.
Öz növbəsində nazir həm bu, həm də martın sonlarında Rusiyanın paytaxtı Moskvada Anatoli Xarlampiyevin xatirəsinə keçirilmiş Dünya Kubokunda Azərbaycanın digər samboçusu Bəxtiyar Abbasovun Ermənistan himni zamanı yerə oturması ilə əlaqədar məsələlərin siyasiləşdirilməməsinin vacibliyini dilə gətirib. O deyib ki, Abbasov özünü pis hiss etdiyi üçün yerə oturub, Serbiyadakı olay isə sırf texniki problemlər üzündən baş verib. Bu səbəbdən, A.Rəhimov Beynəlxalq Sambo Federasiyasının B.Abbasovu bürünc medaldan və yarışlarda iştirak hüququndan məhrum etməməsi üçün lazımi işləri aparmağı
tapşırıb.
Qeyd edək ki, Avropa çempionatında Kamran Əsgərov finalda erməni rəqibi Volodya Sarqsyanı məğlub etsə də, mükafatlandırma mərasimində Ermənistanın himni səsləndirilib. Bunu görən K.Əsgərov çaşqınlıq içində düşmən ölkənin himnini sona qədər dinləməyə məcbur olub. Sonradan himnin səhv səsləndirildiyini anlayan təşkilartçılar bir neçə dəqiqəlik müzakirələr aparıb, yanlışlığı düzəldərək Azərbaycanın himnini səsləndiriblər. Yığma üzvləri yarışı 2 qızıl, 1 gümüş, 3 bürünc medalla başa vurublar.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi