Kubokda 25-ci heç-heçə

Kubokda 25-ci heç-heçə
XƏBƏR 23 Aprel 2015 / 10:08 1893
-  A +

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları bir neçə yubileylə əlamətdar olub.

Qol .Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Zaqatalada “Simurq”la qarşılaşan “Qarabağ” kubok tarixində 25-ci heç-heçəsinə imza atıb. Qolsuz bərabərliyədək keçirdiyi 121 matçda 24 dəfə heç-heçə edən Ağdam təmsilçisi “sülhsevərlik”də yalnız “Neftçi”dən geri qalır. Bakılıların hesabında 30 heç-heçə var. Bu qarşılaşma “Simurq”un ev oyunu olub.

“Neftçi”nin hücumçusu Nikolas Kanalesin qolu “ağ-qaralar”ın səfərdə 90-cı qolu olub. Paytaxt təmsilçisi bu göstəricidə rekordçudur. Bu həm də “İnter”in kubokda evdə buraxdığı 30-cu top olub. Sonuncular 38 qarşılaşmada 74 dəfə fərqlənib.

Daha çox


Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner