Ruslan Qurbanov bir hissə oynadı, kubokla vidalaşdı

Ruslan Qurbanov bir hissə oynadı, kubokla vidalaşdı
XƏBƏR 23 Aprel 2015 / 00:01 3148
-  A +

Xorvatiya kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, millimizin üzvü Ruslan Qurbanovun şərəfini qoruduğu "Hayduk" (Split) səfərdə əzəli rəqibi RNK (Split) klubunu qonağı olub.

Split derbisində bir qol vurulub. Çikaleşinin matçın 43-cü dəqiqəsində penaltidən vurduğu qol meydan sahiblərinə minimal hesablı qələbə qazandırıb - 1:0. İlk oyunda 1:1 hesabı qeydə alındığından, finala məhz RNK klubu yüksəlib.

R.Qurbanov matçın 46-cı dəqiqəsində meydana çıxıb. Lakin o da komandasını məğlubiyyətdən xilas edə bilməyib.


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq