"Bakı-2015" Avropa Oyunları və dizayn üzrə tərəfdaşı "SomeOne” şirkəti, ötən gecə London-Breveridə keçirilən mötəbər 2015 Transform Avropa Mükafatının vizual elementlərdən ən yaxşı istifadə nominasiyası üzrə birincilik qazanıb.
Qol.Az-ın məlumatına görə, Transform Avropa Mükafatı sabah "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) ofisinin foyesində Azərbaycan Respublikasının gənclər və idman naziri, BAOƏK-nin baş icraçı direktoru Azad Rəhimova təqdim ediləcək.
Transform mükafatları müəyyən nominasiyalar üzrə yaradıcı, strateji və kommunikasiya prosesi zamanı irəli sürülən ən uğurlu ideyaları qiymətləndirərək, bütün Avropada brendləşdirmə sahəsində əldə olunmuş ən yaxşı nəticələrin təntənəli şəkildə qeyd olunmasıdır.
Azərbaycanın təbii gözəlliyindən ilhamlanan rəngarəng və valehedici "Bakı-2015" brendi Birinci Avropa Oyunlarının arenaları, biletləri, uniformaları və bütün rəsmi əmtəə avadanlıqlarının üzərində əks olunur.
Brendin mərkəzində Azərbaycan folklorunda birliyin təcəssümü olan nar ağacı yer alır. Ağacın müxtəlif idman növlərinin göz oxşayan piktoqramlarla işlənən hissələri ölkənin irsinin və mədəniyyətinin tarixi simvollarıdır.
"Bakı-201"-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki,bu mükafat Birinci Avropa Oyunları üçün görülən hazırlıqlara verilən dəyərdir: "Mükafat Birinci Avropa Oyunları üçün gördüyümüz hazırlıqlara bələdçilik edən yaradıcılıq və innovasiya ruhuna verilən dəyərdi. "Bakı-2015" brendi ev sahibi Azərbaycanın təbii gözəlliyinin və bütün qitənin zövq ala biləcəyi yenilikçi idman tədbiri həyata keçirmək arzumuzla duyduğumuz qürur hissini əks etdirir”.
"Bakı-2015"in brend üzrə direktoru Dan Tomlinson da öz fikirlərini bölüşüb: "Bakı-2015-in brend üzrə komandası, medallardan uniformalara qədər bütün əşyalarda istifadə olunmaq, bütün formalarda və ölçülərdə brendləşdirmə məqsədilə əlverişli görünüş yarada bilmək üçün səylərini səfərbər etdi”.
Brendin görünüşü, daha öncə London 2012 Yay Olimpiya və Paralimpiya Oyunları üçün idman brendlərinin hazırlanmasını həyata keçirən məşhur "SomeOne” agentliyi ilə birgə əməkdaşlıq nəticəsində yaradılıb.
"SomeOne” agentliyinin yaradıcısı və icraçı direktoru Qari Holt vurğulayıb ki, mükafata layiq görüldükləri üçün qürur duyur: "Biz ötən 18 ay ərzində Avropa Oyunları Əməliyyat Komitəsi ilə həyata keçirdiyimiz əməkdaşlığın nəticəsi olan brendin layiq görüldüyü mükafata görə qürur duyuruq".
Oyunlara geri sayımın son mərhələdə olduğu müddətdə "Bakı-2015" brendi ev sahibi şəhərin müxtəlif küçələrində elan və reklam lövhələrində əks etdirilir, eləcə də, Birinci Avropa Oyunlarının möhtəşəm məşəl və çırağının önəmli hissəsini formalaşdırır.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik