Lənkəranda populyar idman növləri sırasında ilk pillələrdə idmanın şahı sayılan futbol qərarlaşır.
Qol.Az-ın "Region TV"yə istinadən yaydığı xəbərə görə, rayonda futbolun inkişafı isə ötən əsrin 60-cı illərindən başlayıb. O dövrdə Lənkəranı təmsil edən “Xəzər” komandası olub ki, həmin vaxtlarda keçirilən çempionatlarda müxtəlif uğurlara imza atıb. Bu tendensiya indi də davam etməkdədir. Hazırda cənub rayonunda, Azərbaycan Premyer Liqasında çıxış edən “Xəzər-Lənkəran” klubundan başqa, bir neçə uşaq futbol komandaları da fəaliyyət göstərir. Burada futbol bir vaxtlar təkcə şəhər ərazisini əhatə etsə də, indi bu sərhəd daha da genişlənib. İndi kəndlərdə də müxtəlif çempionatlarda uğur qazanan kollektivlər mövcuddur. Bunu Cənub bölgəsi üzrə “AFFA”nın təşkilatçılığı ilə, Lənkəranda 11-15 yaşlı futbolçular arasında keçirilən çempionatda da görmək mümkündür. Bütün bunlar bu sahənin inkişafına, eyni zamanda gələcəkdə peşəkar futbolçuların yetişməsinə xidmət edir.
Rayonda bu idman növünə marağın başlıca amili isə, heç kəsə sirr deyil ki, “Xəzər-Lənkəran” klubu və onun qazandığı nəaliyyətlərdir. Cənub təmsilçisinin istər ev, istərsə də səfər oyunlarında tribunaların azarkeşlə dolması, komandanın dayanmadan dəstəklənməsi “Xəzər-Lənkəran”-a və futbola olan sevginin göstəricisidir.
Lənkəranda futbolun populyar idman növü olmasını qız futbolunun inkişafında da görmək mümkündür. Hazırda Uşaq Gənclər İdman Məktəbinin nəzdində 2 yaş qrupunda – 13 və 19 yaşlı qızlardan ibarət futbol komandası var ki, onlar da müxtəlif yarışlarda inamlı nəticələr qazanıblar. İki lənkəranlı xanım futbolçu da milli komandanın üzvüdür.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik