"Qəbələ" klubu AFFA İcraiyyə Komitəsinin bəzi qərarlarına etiraz olaraq bəyanat yayıb.
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytı vasitəsilə yayılan bəyanatda deyilir:
Ölkə çempionatının 30-cu turunda keçirilən “Neftçi” – “Qəbələ” qarşılaşmasının 61-ci dəqiqəsində “Neftçi” klubunun 3 nömrəli futbolçusu Denis Silva Kruz komandamızın oyunçusu Ürfan Abbasova bilərəkdən ayaq zərbəsi endirdi. Oyunun yan xətt hakimi Vaqif Musayevin gözü qarşısında baş vermiş hadisəyə AFFA İntizam Komitəsi də eyni reaksiyanı verdi. İkili standartlarla çalışmağa alışmış komitənin hadisəyə eyni şəkildə yanaşacağı əslində gözlənilən idi. Klublar Komitəsinin sonuncu iclasında iştirak etmiş İntizam Komitəsinin nümayəndəsi əksər klubların fikrinə qarşı çıxaraq, təmsil etdiyi komitənin şəffaf və ədalətli qərarlar çıxardığını, bütün klublara eyni yanaşdığını bildirsə də, nə həmin toplantı zamanı, nə toplantı sonrası iştirakçıların komitənin işi haqda fikirləri dəyişmədi. Toplantıdan sonrakı dönəmdə Karlos Kardozo məsələsinə münasibət bildirməyən, eyni zamanda yuxarıda qeyd olunan epizodu iclasın gündəliyinə daxil etməyən, tam heyəti futbol ictimaiyyətinə hələ də bəlli olmayan İntizam Komitəsinin çıxardığı qərarların ədalətli olmasına inanmırıq, ikili standartlarla çalışdığını iddia edirik.
21 dekabr 2014-cü il tarixində ölkə çempionatı çərçivəsində keçirilən “Qəbələ” – “İnter” qarşılaşmasından sonra həmin dönəmdə klubumuzda çıxış edən Kamran Ağayevin oyundan sonra məhz İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandırılması klubumuz tərəfindən heç bir etiraz olmadan qarşılandı. Lakin, baş verən son hadisələr İntizam Komitəsinin sağlam rəqabət prinsiplərinə əməl etmədiyini bir daha nümayiş etdirir. Təbii ki, İntizam Komitəsi öyrəşdiyimiz şəkildə günahı epizodla bağlı heç bir qeyd aparmayan hakim-inspektorun üzərinə atacaqsa, bu, heç də İntizam Komitəsinin günahsızlığını deyil, hakim-inspektorun da işinə məsuliyyətsiz yanaşdığını göstərir.
“Qəbələ” İK olaraq, bəyan edirik ki, müraciətimizlə heç bir kluba və ya futbolçuya qarşı çıxış etmirik, bununla belə, ölkə futbolunda sağlam rəqabətin qarşısını alan hər hansı komitə və ya komitələrə, onların çıxardığı ədalətsiz qərarlara etirazımızı bildirəcəyik, onlara qarşı sona qədər mübarizə aparacağıq. Mövsüm ərzində komandamızın həm lehinə, həm əleyhinə verilən səhv hakim qərarları olmuşdur ki, bu məsələləri heç vaxt ictimaiyyətin gündəminə çıxarmırıq və ümid edirik ki, bu, davranışımız sona qədər davam edəcək. Anlayışla qarşılayırıq ki, hakim oyun ərzində səhvə yol verə bilər və təbii ki, hakimlə bağlı tədbir aiddiyati qurum tərəfindən görüləcək. Lakin hadisəyə bir və ya bir neçə gün sonra videotəkrarlarla münasibət bildirən və oxşar epizodlara fərqli qərarlar çıxaran komitənin üzvləri şübhəsiz futbolumuzda neqativ halların yaşanmasına şərait yaradırlar. Denis Silva Kruzun qeyd etdiyimiz hərəkəti mütləq şəkildə İntizam Komitəsinin gündəliyinə salınmalı olsa da, bu baş vermədi. Bundan sonra hər hansı klubun futbolçusu eyni hərəkəti təkrarlayarsa, İntizam Komitəsinin məsələyə münasibət bildirməsi artıq imkansızdır, yersizdir, çünki, komitənin üzvləri üçün “meydançada rəqibə bilərəkdən zərbə endirmək” iclasın gündəliyinə salınması üçün yetərli deyil.
Çıxardığı qərarlarla futbolumuzun inkişafının qarşısını alan, sağlam rəqabəti pozan insanları, komitələri ədalətli olmağa çağırır, bu kimi məsələlərlə bir daha ölkə futbolunda gündəmdə olmayacağımıza ümid edirik.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
Milli komandanın sabiq qapıçısı 37 yaşında vəfat etdi
Tevesin vida oyunu: Messi olacaq, bəs Ronaldo?
Məşhur hakim səhvini etiraf edib üzr istədi
Kimmix danışdı, “Bavariya” narazı qaldı
“Bornmut” təəccübləndirir
“İnter” Azərbaycan millisinin hücumçusu ilə maraqlanır
2031-ci ilə qədər "İnter"də
"Beşiktaş" "Hapoel"i belə məğlub etdi - Video
Azərbaycanlı futbolçu Konfrans Liqasında oyuna çıxdı
"Trabzonspor" və "Kayrat" qalib gəldilər
"Milan" və "Beşiktaş"dan qələbə
Ərdoğan “Beşiktaş” prezidentinə zəng etdi
“Beşiktaş”ın matçında dava düşdü - Yenilənib
“Real”ın gənc futbolçusunu hədəfə aldılar
Məşq bazasında həbs olundu
“Tottenhem”də ciddi itki
Gəncədə qalib müəyyənləşmədi
“Beşiktaş”la derbidə oynaya bilər
“Sabah”la matçda zədələnən Baldedən xəbər var
“Mançester Siti”nin düşərgəsində ab-hava dəyişib?