Azərbaycanın sambo üzrə milli komandasının baş məşqçisi Yaqub Abdullayev Serbiyanın Novi Sad şəhərində keçirilmiş Avropa birinciliyində Azərbaycan idmançısı Kamran Əsgərovun qızıl medal qazanması şərəfinə Ermənistan himninin səsləndirilməsinə münasibət bildirib.
Qol.Az-ın "Report" agentliyinə istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis bunun texniki qüsur olduğunu deyib.
Onun sözlərinə görə, Ermənistanın himni səsləndirildikdən sonra təşkilatçılara etiraz bildirilib və məsələ həll olunub: "Fəxri kürsünün ən yüksək pilləsinə bizim idmançı çıxdı. Himn səslənəndə gördük ki, bu, Azərbaycanın himni deyil. Biz təşkilatçılara öz etirazımızı bildirdik. Onlar texniki səhv olduğunu bildirdilər və yenidən Azərbaycanın himni səsləndirildi".
Y.Abdullayev bildirib ki, Ermənistan himnini farağatda dinləməsinə səbəb bunun hansı dövlətə məxsus olduğunu bilməməsi olub: "O himnin kimə məxsus olduğunu bilmədim və dinlədim. İdmançı da Azərbaycan himninin səslənəcəyini gözlədiyi bir anda başqa musiqi səsləndi. Təəccüblə mənə baxdı və mən də texniki problem olduğunu, bunun
aradan qaldırılacağını dedim".
Baş məşqçi təşkilatçıların Azərbaycan tərəfindən üzr istədiyini də qeyd edib: "Həmin anda texniki problem olduğu bildirildi. Səhəri gün zalda hər kəsin qarşısında məsələyə aydınlıq gətirildi. Bu səhvə görə bizdən üzr istədilər və məsələ öz həllini tapdı. Mən Ermənistanın himnini niyə dinləməliyəm ki? Çaş-baş qalmışdıq ki, niyə bizim yox, başqa himn səsləndirildi".
Qeyd edək ki, yeniyetmə və gənclər arasında Avropa birinciliyində 62 kq-dək çəkidə qalib gəlmiş azərbaycanlı samboçu Kamran Əsgərovun təltif edilməsi zamanı Azərbaycan himninin əvəzinə Ermənistan himni səslənib. Azərbaycan tərəfinin müraciətindən sonra dövlət himni səslənib.
Yamal rekorda imza atdı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı
Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
Azərbaycan klublarının avrokuboklardakı 300-cü qolu
Dünya çempionatları rekordunu təkrarladı
"Şəfa" fransalı futbolçu tansfer etdi
Belçika millisində itki: İspaniya ilə oyunu buraxacaq
Vüsalın komandası Konfrans Liqasına məğlubiyyətlə başladı
Fransada DÇ qələbəsinin qeyd edilməsi faciə ilə nəticələndi
“Seltik”ə keçən Kamilo Durandan - İlk açıqlama
Kamilo Duran rəsmən “Seltik”də - 5 illik müqavilə
Mbappedən 60 ilin rekordu
“Qarabağ”a klub tarixinin ən böyük büdcəsini ayırmışıq”
"Araz-Naxçıvan"ın futbolçusu əməliyat olundu
Mbappe və Dembelenin qolları - Video
Azərbaycanın UEFA reytinqində əmsalı artdı
Avropa Liqasında 6 oyun keçirildi
"Zirə" və "Neftçi"nin potensial rəqibləri ilk oyununa çıxdı
DÇ-2026: İlk yarımfinalçı Fransa oldu
Sabiq "Qarabağ"lı bu kluba keçdi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən danışdı
“Qarabağ”ın potensial rəqiblərinin oyununda 5 qol
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir