"İnter"in qapıçısı sıradan çıxdı

"İnter"in qapıçısı sıradan çıxdı
XƏBƏR 21 Aprel 2015 / 17:35 3103
-  A +

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda bu gün "Neftçi" ilə qarşılaşacaq "İnter" ciddi itki ilə üzləşib.

Qol.Az-ın PFL-in rəsmi "facebook" səhifəsinə istinadən məlumatına görə, komandanın qapıçısı Georgi Lomaya zədələnib.

Gürcüstanlı qolkiperin çiynində çat aşkarlanıb. Lakin onun hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil.

Qeyd edək ki, "İnter" - "Neftçi" oyunu bu gün, saat 19:00-da başlayacaq.


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq

05.07.25  10:06

Hara gedirsən, Benzia?