Vaqif Cavadov Kamran Ağayevlə dueldən məğlub ayrıldı

Vaqif Cavadov Kamran Ağayevlə dueldən məğlub ayrıldı
XƏBƏR 21 Aprel 2015 / 00:09 10721
-  A +

Bu gün Türkiyə I divizionunda 28-ci turun son oyunu keçirilir.

Qol.Az-ın məlumatına görə, millimizin üzvlərinin çıxış etdiyi komandalar üz-üzə gəlib.

Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor"  öz meydanında Vaqif Cavadovun çıxış etdiyi "Boluspor"u qəbul edib. Oyun K.Ağayevin komandasının böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.

Matçın start heyətində meydana çıxan Kamran qapısını toxunulmaz saxlayıb. Vaqif Cavadov isə 81-ci dəqiqədə oyuna daxil olub. Lakin millimizin hücumçusu da komandasını məğlubiyyətini xilas edə bilməyib. 

Qeyd edək ki, bu qələbədən sonra xalını 60-a yüksəldən Kayseri təmsilçisi liderliyini möhkəmləndirib. "Boluspor" isə 32 xalla 14-cü pillədə qalıb.



Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq

05.07.25  10:06

Hara gedirsən, Benzia?