"Arxayınlaşmaq olmaz" – Ruslan Abışov

"Arxayınlaşmaq olmaz" – Ruslan Abışov
XƏBƏR 18 Aprel 2015 / 16:54 2581
-  A +

"Düşünürəm ki, ilk üçlüyə düşmək uğrunda mübarizədə ən çətin rəqiblərimizdən biri ilə matçda vacib qələbə qazandıq. Artıq bu oyundan sonra Avropa Liqasına getmək şansımız daha da artdı".

Bu sözləri Qol.Az-a açıqlamasında "Qəbələ"nin yarımmüdafiəçisi Ruslan Abışov Premyer Liqanın 30-cu turunda "Neftçi"yə qalib gəldikləri oyun (3:1) haqda danışarkən deyib.  
 
Təcrübəli futbolçu komandasının qarşıdakı oyunlarda da qələbə qazanmağa çalışacağını deyib: "Son 7 turda sərgilədiyimiz oyunu davam etdirə bilsək, istəyimizə nail ola biləcəyik. Amma yenə də arxayınlaşmaq olmaz. Elə növbəti turda bizi çətin Lənkaran səfəri gözləyir. Gənc futbolçulardan təşkil olunmasına baxmayaraq, “Xəzər Lənkaran” hələ də iddialı rəqibdir.

Bu matçda da qələbə qazanmağa çalışacağıq. Çünki komandamız bu gün yaxşı səviyyədədir. Çoxları düşünür ki, “Qəbələ” Azərbaycan kubokundan kənarda qaldığı üçün daha yaxşı oyun sərgiləyir. Kubokda da mübarizəni davam etdirmək istərdik. Amma bu o demək deyil ki, kubokda olmadığımız üçün Premyer Liqada güclü təsir bağışlayırıq. Sadəcə bir məqsədimiz var - hər oyundan yalnız qələbə ilə ayrılmaq".

Son xəbərlər
04.07.25  14:35

"Napoli"də qalır