"Mançester Siti"dən "Liverpul"a 30 milyon funt

"Mançester Siti"dən "Liverpul"a 30 milyon funt
XƏBƏR 17 Aprel 2015 / 00:47 3819
-  A +

"Liverpul"un futbolçusu Rahim Sterlinq mövsümün sonunda komandasını dəyişə bilər.

Qol.Az-ın "Mirror"a istinadən verdiyi məlumata görə, "Mançester Siti" Yamayka əsilli futbolçu ilə yaxından maraqlanır.

Mançester təmsilçisi 20 yaşlı futbolçunun transferi üçün 30 milyon funt-sterlinqindən keçməyə hazırdı. "Liverpul"dakı maaşından narazı qalan Sterlinqin də "Mançester Siti"nin təklifini müsbət qarşıladığı bildirilir.

Qeyd edək ki, "Liverpul"un yetirməsi olan Sterlinq keçirdiyi 90 oyunda 18 qol vurub. 


Son xəbərlər