“Üzvlük haqqını verən var ki, aşağı da salınsın?!”
Peşəkar Futbol Liqası Klublar Komitəsinin Premyer Liqada çıxış edən legionerlərə görə ödənilən rüsumun azaldılması ilə bağlı təklifinə münasibət bildirib.
Qol.Az-ın futbolxeber.az saytına istinadən yaydığı xəbərə görə, qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev təkliflə bağlı deyib:
“İlk növbədə onu deyim ki, legionerlərə görə PFL-ə ödənilən rüsumu İcraiyyə Komitəsi müəyyənləşdirir. Klublar Komitəsinin əvvəlki iclasında Ramin Musayev də iştirak edirdi. Həmin vaxt da bu məsələ iclasda müzakirə olundu. Ramin müəllim hətta klublara təklif etdi ki, istəyirsinizsə, müəyyən bir məbləğ müəyyənləşdirin və bütün klublar heyətə cəlb edəcəkləri legioner sayından asılı olmayaraq, eyni məbləği ödəsinlər. Klublar Komitəsi rüsumun azaldılmasını istəyir. Amma üzvlük haqqını verən var ki, aşağı da salınsın?! Bu gün əksər klubların PFL-ə borcu var. Elə klub var ki nəinki rüsumu, heç oynadığı topun pulunu belə verməyib. Hazırkı məbləğ müəyyənləşdirilərkən qeyd olundu ki, milli üzvlərinə görə rüsum ödənilməsin. Üstəlik qərara alındı ki, birinci il legionerə görə 20, ikinci il 10, üçüncü il isə 5 min ödənilsin. Bu, ona görədir ki klublar heyətlərinə səviyyəli legionerlər cəlb etsinlər və onlar uzun müddət həmin klubun formasını geysinlər. Elə klublar var ki, altı ay ərzində 17 legioneri heyətdən göndərib, əvəzində heyətə yeni 17 əcnəbi cəlb olunub. Üstəlik, hərdən elə ölkələrdən legionerlər gətirirlər ki...Məndən olsaydı, FİFA və UEFA reytinqində Azərbaycandan aşağı olan ölkələrdən gətirilən legionerlərə görə 20 yox, lap 50 min, 100 min rüsum ödənilməsi haqda qərar qəbul edərdim. Bu gün PFL-ə ən az rüsum ödəyən klub “Qarabağ”dır. Çünki bu klub heyətinə yalnız səviyyəli legionerlər cəlb edir. Klubun skaut sistemi çox gözəl çalışır. Komandada çıxış edən legionerlərin bəziləri millidə forma geyir. Bəziləri də artıq uzun müddətdir ölkəmizdə çıxış edirlər. Məhz bu səbəbdən də “Qarabağ” legionerlərə görə hamıdan az rüsum ödəyir”.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik