Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nazim Süleymanova həsr olunmuş Varis Yolçuyevin “Bitməyən matç” adlı kitabın təqdimat mərasimi keçirilib.
Qol.Az-n "Report"a istinadən verdiyi məlumata görə, mərasim Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunub.
Tədbirdə AFFA və "Neftçi" rəsmiləri, Məşqçilər Komitəsinin üzvləri və futbol ictimaiyyətinin digər nümayəndələri qatılıblar. Kitabın müəllifi olan Varis müsahibələrinin birində onda "Hansı futbolçudan kitab yazarsan?" sualına düşünmədən Nazim Süleymanov cavabını verdiyini bildirib. Kitabın tərtibatçısı isə Əziz Zeynalovdur.
"Neftçi"nin Müşahidə Şurasının sədri, xalq yazıçısı Çingiz Abdullayev bildirib ki, "Neftçi"ni Anatoli Banişevski, Kazbek Tuayev kimi futbolçuların çıxış etdiyi dövrdən tanımağa başlayıb: "Elə bilirdim ki, Nazim Süleymanovun da 70 yaşı var. Amma baxıram ki, məndən bir neçə yaş balacadır. Mən ümumiyyətlə, Azərbaycanı bölgələrə ayırmıram. Amma bir var burada tanınasan, bir də var xaricdə. Nazim Süleymanov Rusiyada oynayıb. Belə əsər yaratdıqları üçün kitabın müəlliflərinə təşəkkür edirəm. Eyni zamanda Süleymanova yeni işində uğurlar arzulayıram".
AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov N.Süleymanovla bağlı xatirələrini danışıb: "Həmişə Nazimlə birgə məşq edirdik. O, "Neftçi"də oynamağa layiq futbolçu olduğunu sübut etmişdi. Təkcə Azərbaycanda deyil, Rusiyada da gözəl karyera qurdu. Karyerasını başa vurduqdan sonra klublarımız, AFFA ona məşqçi kimi sözünü deməyə şərait yaratdı".
Digər veteran futbolçu Səməd Qurbanov N.Süleymanov haqda fikirlərini bölüşüb: "Kitaba bir qədər göz gəzdirmək imkanım oldu. Çox, maraqlı kitabdır. Komandaya yeni gəldiyi vaxtlarda ona deyirdim ki, yaxşı futbolçu olmaq üçün 3 şərt lazımdır - tərbiyə, futbolçu ağlı və məsuliuyyət. Onların üçü də Nazim də var idi. Buna görə də futbolçu kimi sözünü deyə bildi. Bu gün fəxr edirəm ki, Nazim Süleymanovun gözəl kitabı nəşr olunub. Tək mən yox, bütün veteranlar buna sevinir. Nazim Süleymanova məşqçilik karyerasında da uğurlar arzu edirəm”.
Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da Nazim Süleymanovu təbrik edib: "Belə bir tədbirdə iştirak etdiyim üçün şadam. Ümid edirəm ki, gələcəkdə digər məşhur futbolçularımız haqda da kitablarımız nəşr olunacaq. Kitabı oxuyarkən Nazimin bir sözü diqqətimi çəkdi: "mənim oyunum qarşıdadır, hələ sözümü deməmişəm". Onun yığmamızda uğur qazanacağına inanıram. Bu gün futbolumuzda Nazim Süleymanov kimi şəxsiyyətlərə ehtiyac var".
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik