“Klublar Komitəsinin bugünkü iclasında “Bakı” ilə bağlı bir məsələ müzakirə olundu. Daha əvvəlki iclaslarda biz gənc futbolçuların maaş məsələsinə limit qoyulması məsələsini qaldırmışdıq. O məsələ həll olundu. Bu dəfə isə struktur layihələrin saxlanması ilə bağlı məsələni gündəmə gətirdik”.
Qol.Az-ın Futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri “Bakı”nın icraçı direktoru Yaşar Seyidov deyib.
Seyidov qeyd edib ki, “Bakı”nın bazasındakı meydançaların saxlanılması üçün böyük vəsait tələb olunur:
"Avro-2020"nin bir neçə oyununun ölkəmizdə keçirilməsində "Bakı" Futbol Klubunun təlim-məşq bazasının rolu oynayıb. UEFA nümayəndələri meydançalarda monitorinq aparıb. Həmin meydançalardan qitə birinciliyinin iştirakçısı olacaq komandalar məşq üçün faydalanacaqlar. Bu meydançalar artıq mühüm əhəmiyyət kəsb edir. Biz istəyirik ki, meydançaların yaxşı vəziyyətdə qalmasına diqqət artırılsın. Bir meydançanın saxlanması üçün aylıq 7 min manat tələb olunur, 6 meydançaya ümumilikdə 42 min manat xərclənilir. Bu isə il ərzində 500 min manat deməkdir. Bundan əlavə işıq və su da var. Yay aylarında meydançaların sulanması üçün 23-25 min manatlıq enerji sərf olunur. Bir illik məbləğ isə 200 min manata bərabərdir. Bir sözlə, meydançaların ideal vəziyyətdə qalması üçün 800 min manat tələb olunur. Hafiz Məmmədov bu meydançaları inşa edəndə ölkə futbolunun imicini nəzərə alıb”.
“Bakı” rəsmisi akademiyada futbolun sirlərinə yiyələnən uşaqlardan da söz açıb: “Akademiyada 300 nəfər uşaq var. Onlardan 30-u daimi olaraq bazada qalırlar. Bunların hamısı böyük vəsait tələb edir. Bu xərclərin futbolun inkişafına dair hazırlanacaq yeni dövlət proqramında yer almasını təklif edirik. Bununla bağlı təkliflər paketi hazırlayacağıq”.
Yaşar Seyidov baş məşqçi İbrahim Uzunca ilə aralarında yaşanan problemdən də söz açıb:
“Bakı”da son yaşananlar haqda mətbuatda çox yazıldı. Mən buna heç bir reaksiya vermədim. Hər şey Uzuncanın maaş məsələsi ilə əlaqədardır. Uzuncanın maaşı “Bakı”nın bütün əvəzedici heyətinin xərcinə bərabərdir. Turnir cədvəlində autsayder olsaq da, bu günə kimi İbrahim Uzuncaya 53 min dollar pul ödəmişik. Onun aylıq maaşı 10 min dollar idi. Əvvəl dolların kursuna uyğun olaraq biz ona 8 min manat ödəyirdik. Devalyasiyadan sonra isə İbrahim Uzunca narazılıq elədi və bildirdi ki, maaş 10500 manat olmalıdır. Mən bu məsələ ilə bağlı Hafiz müəllimə etriazımı bildirdim. O isə humanist davranaraq 10500 manatın hamısının ödənilməsini istədi. Futbolçunun 500 manat aldığı komandada məşqçinin 10500 manat alması düzgündürmü? Premyer Liqada çempionluğa oynayan "Neftçi"nin, "İnter"in baş məşqçiləri heç bu qədər maaş almır. Sonra Uzunca çıxıb mətbuata sadiqlikdən dəm vurur. Belə sadiqlik olmur. İnsan xarakterli və əqidəli olmalıdır. İkinci məsələ isə İbrahim Uzuncanın köməkçisinin kateqoriyası ilə bağlıdır. O, C kateqoriyasına sahib məşqçidir, yalnız 10-12 yaşlı uşaqlara məşq keçə bilər. Həmin adam bizdən 2500 manat maaş alır. Lakin PRO kateqoriyası olan Adil Şükürov 600 manat pula işləyirdi. O, "Bakı"nın U-17 komandasını həm çempion edib, həm də Azərbaycan kubokunu qazanıb. Uzunca onu özünə köməkçi gətirsəydi, nə olardı ki? Niyə öz mütəxəssislərimizi qiymətləndirmirik ki? O, Hafiz Məmmədovun ürəyiyumşaqlığından klub naminə yox, öz məqsədləri üçün istifadə edir. Bu nə dərəcədə doğrudur? Uzuncanın otağının qapısı bağlanmayıb. Sadəcə futbolçular oyuna çıxmasaydılar, ora ehtiyat komandanı gətirmişdik. Futbolçunun mənim haqda açıqlamasına gəlincə, bu vaxta kimi Şəhidlər Xiyabanına getməyən insandan nə gözləyirsiniz ki? Həmin adam mətbuatda açıqlama verirdi ki, "Bakı"da futbolçuya qul kimi baxırlar. 10 gün sonra isə dediklərini klubun televiziyasında təkzib etdi. İnsan əqidəli olmalıdır. Futbolçular isə artıq ailənin sirlərini mətbuata ötürür".
Baş məşqçiyə görə klubdan getməyə hazırlaşır
“Qarabağ” - “Sabah” oyununun hakimləri bilindi
Superliqanın ən məhsuldar transferləri bəlli oldu
"Tottenhem" İqor Tudorla sağollaşır?
"Everton" sabiq futbolçusunu geri qaytara bilər
PSJ-dən "Barselona"ya keçə bilər
"Öz oyun planımızı rəqibə qəbul etdirməliyik"
"Arsenal" azarkeşlərinin səfər xərclərini ödəyəcək
Rusiya millisi ilə oynamaqdan imtina etdilər
Xavi millinin baş məşqçisi ola bilər
UEFA "Benfika"nın şikayətini rədd etdi
"Şəfa"dan 8 qollu qələbə - Video
Premyer Liqa klubları cərimələndi
Misli Premyer Liqasında 18 oyunun vaxtı açıqlandı
Sabir Allahquliyevdən 150-ci oyunda 70-ci qol
Mövsümün matçına hazırsınız? - Video
Caner Erkin intizamsızlığına görə klubdan göndərildi
Azərbaycan millisi Moldovaya qalib gəldi
Azərbaycan idmançılarının Olimpiya medalları dəyişdirilir
"Şəfa"dan qol yağışı
Ançelotti Neymarı milliyə çağırmaqdan imtina etdi
Yerli oyunçularla ÇL-də 1/8 finala - Avropada şimal küləyi
Azərbaycan klubu ev oyunlarını bu stadionda keçirəcək
1-ci liqada 15 oyunun vaxtı məlum oldu
Gün gələcək, "Qarabağ" onları çırpacaq...
Türkiyə klubunun yeni baş məşqçisi açıqlandı
Azərbaycan cüdoçuları Avropa kubokunda
AFFA nümayəndələri UEFA-nın seminarında
"Bodo-Qlimt"in baş məşqçisi sensasiyadan danışdı
Azərbaycandan 4 klub o siyahıdadır - Son 5 ilin reytinqi
Azərbaycanlı Zidan erməniyə qalib gəldi
Bugünkü avrokubok oyunlarını yayımlayacaq kanallar
ÇL tarixində ilk - 6 ingilis klubu 1/8 finalda
Kamilo Duran bunu bacaran 2-ci kolumbiyalı oldu
"İmişli" kolumbiyalı futbolçu transfer etdi - Rəsmi
Azərbaycan çempionatında 250-ci avtoqol
UEFA “Qarabağ”lının qol ötürməsini fərqləndirdi - Video
"İnter"in baş məşqçisi "Bodo-Qlimt"ə məğlubiyyətdən danışdı
Milanda sensasiya - Video
"Qarabağ"ın ÇL-dəki vida oyunu - Video
Zubir: "Əsl "Qarabağ"ı göstərmək istədik"