Yurgen Klopp mövsümün sonunda baş məşqçisi olduğu "Borussiya"dan gedəcəyini rəsmən təsdiqləyib.
Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, 47 yaşlı mütəxəssis bu gün keçirdiyi mətbuat konfransında qərarını ictimaiyyətə açıqlayıb.
Almaniyalı mütəxəssis qərarını belə izah edib: "Bir gün uğursuz olduğumu hiss edincə, komandadan gedəcəyimi söyləmişdim. "Borussiya" yaxşı baş məşqçiyə layiq komandadır. Bu qərarı yorğun olduğum üçün vermədim. Sadəcə, belə daha düzgün və önəmli olduğu üçün bu qərarı rəsmən açıqladıq. Lakin bu, məşqçilik karyeramı bitirməyim anlamına gəlməsin. Heç bir klubla danışıqlarım olmayıb. Bununla belə, işimə bir il fasilə verməyi də düşünmürəm. Son istəyim "Borussiya"nın mövsümü mümkün qədər yuxarı pillələrdə başa vurmasıdır".
Qeyd edək ki, 2008-ci ildə "Borussiya"nın baş məşqçi vəzifəsinə gətirilən Klopp 7 il ərzində Bundesliqa, Almaniya kuboku və ölkə superkubokunu qazanıb. Dortmund təmsilçisi Kloppun rəhbərliyi altında 2012/2013 mövsümündə Çempionlar Liqasının finalında oynayıb. Həmin vaxt "Borussiya" "Bavariya"ya 1:2 hesabı ilə məğlub olmuşdu.
Yamal zədələndi
"Həyatımda asan final görməmişəm" - Valdas Dambrauskas
Məşqdə zədələndi, dünya çempionatını buraxacaq
Cəfərov dördqat, Qurbanov ikiqat Avropa çempionu oldu!
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
London klubu avrokuboklardan kənarlaşdırıla bilər
"Çelsi" baş məşqçisini göndərdi
“Qarabağ”ın qapıçısı qırmızı vərəqə aldı
Türkiyə klubundan kəskin etiraz - Hakimi dəyişin
Baş məşqçidən sərt qaydalar: Telefon işlətməyəcəklər
"Milan"ın yay transfer büdcəsi bəlli oldu
“Sabah” - “Qarabağ”: Heyətlər
PSJ-yə keçə bilər
"Şəfa", "Cəbrayıl" və "Şahdağ Qusar"dan qələbə
Kapitan 11 il sonra komandasını tərk edir
Kamavinqa yenidən azarkeşlərdən üzr istədi
Superliqa klubunda rumıniyalı baş məşqçi
AFFA komandanı kənarlaşdırdı, məşqçiyə 6 aylıq cəza verdi
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
"Bruno "Mançester Siti"də olsaydı, "Qızıl top"u qazanardı"
Yolu açın, çempionlar gəlir! - Video
“Sabah”la bugünkü oyun “Qarabağ” üçün çox prinsipialdır”