AFFA-nın baş katibi Elxan Məmmədovun müsahibəsi
- Milli komandamızın iyun ayında yoxlama oyunu çərçivəsində Serbiya ilə qarşılaşacağını artıq əminliklə söyləmək olar?
- Hazırda Serbiya federasiyası ilə danışıqları davam etdiririk. Tezliklə məsələ yekunlaşacaq. Müəyyən məsələlər var. Bura yayım, oyunun Avstriyanın hansı şəhərində keçirilməsi və s. daxildir. Bir sözlə, danışıqlar gedir. Düşünürəm ki, 1 həftə ərzində məsələ yekunlaşacaq.
- Xərclər barədə məsələ müzakirə olunub?
- Bu barədə artıq razılışmışıq. Hərə öz xərcini ödəyəcək. Həmin vaxt bizim kimi Serbiya yığması da Avstriyada təlim-məşq toplanışında olacaq. Bizim üçün də belə rahat olacaq. Oynayıb, oradan da Norveçə yollanacağıq.
- Əsas milli kimi U-21 yığması da Avstriyaya təlim-məşq toplanışına yollanacaq. Bu komanda üçün də rəqib axtarılır?
- U-21-in Çexiya yığması ilə qarşılaşacağı gözlənilir. Hazırda danışıqlar gedir. Başqa heç bir komanda ilə danışıq aparmamışıq. Yəqin k, 1 həftə ərzində Çexiyadan müsbət cavab alacağıq.
- Pavel Paşayevlə bağlı FİFA-ya etdiyiniz müraciətə nə vaxt cavab veriləcək?
- Məncə, növbəti 5 gündə müvafiq qərar qəbul ediləcək. Bildiyiniz kimi, son günlər Avropada bayramlar idi. Biz bütün sənədləri göndərmişik. Böyük ümidlə FİFA-dan cavab gözləyirik. Paşayevin özü də səbirsizliklə cavabı gözləyir. Onunla mütəmadi olaraq danışırıq.
- İcraiyyə Komitəsi klublarda Müşahidə Şurasının yaradılması haqda qərar qəbul edib. Lakin “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl bu günlərdə mətbuata açıqlamasında bildirib ki, Ağdam klubunda belə bir şuraya ehtiyac yoxdur. Bu, nə dərəcədə düzgündür?
- İcraiyyə Komitəsində qəbul olunan qərar şərtdi, mütləqdi. Məncə, “Qarabağ”da da Müşahidə Şurası yaradılacaq. “Qarabağ” rəsmiləri bir neçə ay əvvəl bizimlə əlaqə saxlayıb, bu işin formatını soruşublar. Ola bilər, Tahir bəy şuranın təcili olaraq yaradılmasını düşünmür. Amma planlarında bu var.
- Əsas və U-21 millisinin təlim-məşq toplanışı iyunun 2-də start götürəcək. Ölkə kubokunun finalı isə iyunun 3-də olacaq. Buna görə kubokun finalının vaxtı dəyişdiriləcək?
- Yox, buna ehtiyac yoxdur. Çünki rəsmi oyunla kubokun finalı arasındakı vaxt böyükdür. Komandalar nəzərdə tutulduğu kimi, iyunun 2-də Avstriyaya yollanacaqlar. Finalda çıxış edən klubların üzvləri isə daha sonra Avstriyaya üz tutacaqlar.
- Malta ilə oyundan sonra çox rəqəmlər səsləndi. Bəlkə milli üzvlərinin konkret nə qədər mükafat aldığını açıqlayasız və bununla da söhbətə nöqtə qoyula?
- Burada söhbət mükafatdan yox, ümumi sistemdən gedir. Daha əvvəl demişik, yenə də təkrar edirəm - futbolçular AFFA-dan maaş almırlar. Onların millidə oynamaqdan başqa maliyyə stimulu da olmalıdır. Mən 6 ildir AFFA-dayam. Bu müddətdə heç bir futbolçu oyundan öncə gəlib, mükafat barədə danışmayıb. Elə olub ki, oyundan sonra soruşublar, amma əvvəldən yox. Mükafat məsələsi bütün dünyada var. Malta ilə oyuna görə konkret məbləğ deyə bilmərəm. Nəzərə almaq lazımdır ki, komanda üzvləri təlim-məşq toplanışında özlərini yaxşı tərəfdən göstəriblərsə, sonra da 3 xal qazanıblarsa, mükafat almalıdırlar. Komanda üzvləri axırıncı dəfə 2 il əvvəl mükafat almışdlar. Biz mükafatı qələbəyə görə yox, futbolçuların maaş almamasına görə veririk.
- Bir müddət əvvəl “Media Komitəsini yaratmağı düşünürük” demişdiniz. Həmin açıqlama xeyli müzakirələrə yol açdı. Həmin fikirdə qalırsız?
- Media Komitəsinin yaradılması gündəmdədir. AFFA-nın təşəbbüsü ilə son 6 ayda 2 komitə yaratmışıq. Əminliklə deyə bilərəm ki, bunun faydasını görürük. Media Komitəsinin yaradılması da vacibdi. Bu qurum 2020-ci ildə keçiriləcək Avropa çempionatına hazırlıq çərçivəsində olmalıdı. İdman mediası növbəti illərdə inkişaf etməlidir ki, Avropanın aparıcı ölkələri ilə rəqabət apara bilsin.
- Bəs komitənin strukturu, orada yer alacaq şəxslərin kimliyi necə müəyyənləşdiriləcək?
-Strukturu düşünürük. 2 dəfə AFFA-nın nəzdində bununla bağlı öz aramızda iclas keçirmişik, danışıb, söhbət etmişik. Amma konkret yekun nəticə əldə olunmayıb. Beynəlxalq təcrübədən yararlanmağımız da mütləqdir.
- Bir sözlə, komitənin yaradılcağı dəqiqdir?
- Bəli. Bunu istəyirik. Bu komitə mətbuatın inkişafına da təkan ola bilər.
- AFFA-nın Hesabat Konfransında qeyd etdiniz ki, tezliklə yeni dövlət proqramı hazır olacaq. Bu məsələdə yenilik var?
- Dövlət proqramı hazırlanır. 2 ay ərzində tam hazır olacaq. Əvvəldən deyilmişdi ki, bunun üçün 5 ay vaxt lazımdı. Həmin müddətin 3 ayı artıq geridə qalıb. Biz proqramı hazırlayıb, İcraiyyə Komitəsinə təqdim edəcəyik. Komitənin bəzi üzvlərini dəvət edəcəyik ki, onunla tanış olub, öz fikirlərini desinlər. Sonda isə həmin proqramı dövlətə təqdim edəcəyik.
- Cahangir Hacıyevin Beynəlxalq Bankdan gedişi onun İcraiyyə Komitəsindəki yerinə təsir göstərəcək?
- Hələlik yox. O, hazırda komitənin üzvüdür. Komitəyə seçki gələn il olacaq. Həmin müddətə kimi Canahgir Hacıyev İcraiyyə Komitəsnin üzvü kimi qalacaq. “İnter”in prezidenti Georgi Nikolovla bu həftə görüşümüz olacaq. Buna kimi onunla telefonla danışıb, klubdakı vəziyyətlə maraqlanmışam. Mənə deyib ki, hər şey qaydasındadır. Amma görüşmək yaxşı olardı.
- Ölkəmizdə keçiriləcək I Avropa Oyunlarında çimərlik futbolu üzrə milli komandamız da mübarizə aparacaq. Həmin komandanın qarşısında hansı vəzifə qoyulacaq?
- Məqsəd ilk “üçlüy”ə düşməkdir. Turnirdə güclü komandalar mübarizə aparacaq. Rusiya dünya, İspaniya Avropa çempionudu və s. Bununla belə, maraqlı mübarizə alınacaq. Düşünürəm ki, çimərlik futbolu Avropa Oyunlarında ən baxımlı idman növü olacaq.
- Komandamızın yer aldığı qrup da münasibdir.
- Bəli, münasibətdir. Digər tərəfdən də sevindirici haldır ki, komandada yer alan 12 nəfərin hamısı yerli oyunçulardı, legionerlər yoxdu.
- Yığma üzvləri ilə görüşünüz nəzərdə tutulub?
- May ayında görüşəcəyik. Buna kimi komanda təlim-məşq toplanışında olacaq. Mayın ikinci həftəsində görüşüb, ətraflı söhbət edəcəyik. Komanda bilməlidir ki, məqsəd Avropa Oyunlarında ilk “üçlüy”ə düşməkdir.
Mənbə: futbolxeber.az
Baş məşqçiyə görə klubdan getməyə hazırlaşır
“Qarabağ” - “Sabah” oyununun hakimləri bilindi
Superliqanın ən məhsuldar transferləri bəlli oldu
"Tottenhem" İqor Tudorla sağollaşır?
"Everton" sabiq futbolçusunu geri qaytara bilər
PSJ-dən "Barselona"ya keçə bilər
"Öz oyun planımızı rəqibə qəbul etdirməliyik"
"Arsenal" azarkeşlərinin səfər xərclərini ödəyəcək
Rusiya millisi ilə oynamaqdan imtina etdilər
Xavi millinin baş məşqçisi ola bilər
UEFA "Benfika"nın şikayətini rədd etdi
"Şəfa"dan 8 qollu qələbə - Video
Premyer Liqa klubları cərimələndi
Misli Premyer Liqasında 18 oyunun vaxtı açıqlandı
Sabir Allahquliyevdən 150-ci oyunda 70-ci qol
Mövsümün matçına hazırsınız? - Video
Caner Erkin intizamsızlığına görə klubdan göndərildi
Azərbaycan millisi Moldovaya qalib gəldi
Azərbaycan idmançılarının Olimpiya medalları dəyişdirilir
"Şəfa"dan qol yağışı
Ançelotti Neymarı milliyə çağırmaqdan imtina etdi
Yerli oyunçularla ÇL-də 1/8 finala - Avropada şimal küləyi
Azərbaycan klubu ev oyunlarını bu stadionda keçirəcək
1-ci liqada 15 oyunun vaxtı məlum oldu
Gün gələcək, "Qarabağ" onları çırpacaq...
Türkiyə klubunun yeni baş məşqçisi açıqlandı
Azərbaycan cüdoçuları Avropa kubokunda
AFFA nümayəndələri UEFA-nın seminarında
"Bodo-Qlimt"in baş məşqçisi sensasiyadan danışdı
Azərbaycandan 4 klub o siyahıdadır - Son 5 ilin reytinqi
Azərbaycanlı Zidan erməniyə qalib gəldi
Bugünkü avrokubok oyunlarını yayımlayacaq kanallar
ÇL tarixində ilk - 6 ingilis klubu 1/8 finalda
Kamilo Duran bunu bacaran 2-ci kolumbiyalı oldu
"İmişli" kolumbiyalı futbolçu transfer etdi - Rəsmi
Azərbaycan çempionatında 250-ci avtoqol
UEFA “Qarabağ”lının qol ötürməsini fərqləndirdi - Video
"İnter"in baş məşqçisi "Bodo-Qlimt"ə məğlubiyyətdən danışdı
Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulur
Milanda sensasiya - Video
"Qarabağ"ın ÇL-dəki vida oyunu - Video
Zubir: "Əsl "Qarabağ"ı göstərmək istədik"
“Qarabağ”dan Çempionlar Liqasına ləyaqətli vida!