Ruslan Qurbanov oynamadı, komandası uduzdu

Ruslan Qurbanov oynamadı, komandası uduzdu
XƏBƏR 12 Aprel 2015 / 00:46 2349
-  A +

Xorvatiya çempionatında 28-ci turun oyunları keçirilir.

Qol.Az-ın məlumatına görə, Ruslan Qurbanovun şərəfini qoruduğu "Hayduk" klubu səfərdə "İstra 1961"lə qarşılaşıb.

Gərgin keçən oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Fasilədən sonra 3 qol buraxan "Hayduk" meydanı xalsız tərk edib - 2:3. Ruslan Qurbanov ehtiyat oyunçular skamyasında olsa da, meydana daxil olmayıb.

Qeyd edək ki, 28 turdan sonra aktivində 37 xalı olan "Hayduk" turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner