Kuyt "Fənərbaxça"nı "Feyenoord"a dəyişdi

Kuyt "Fənərbaxça"nı "Feyenoord"a dəyişdi
XƏBƏR 11 Aprel 2015 / 12:11 5235
-  A +

Dirk Kuyt cari mövsümün sonunda şərəfini qoruduğu "Fənərbaxça"dan ayrılacaq.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, hollandiyalı oyunçu sabiq komandası - "Feyenoord"la müqavilə imzalayıb.

Məlumatı Hollandiya klubunun rəsmi saytı təsdiqləyib. Müqaviləyə əsasən, D.Kuyt 2015/2016 mövsümündə "Feyenoord"da çıxış edəcək.

Qeyd edək ki, 34 yaşlı futbolçu 2003-2006-cı illərdə "Feyenord"un şərəfini qoruyub.

Son xəbərlər