Ərdoğan klubların kapitanları ilə görüşüəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan superliqa klublarının kapitanları ilə görüşəcək.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, görüş sabah baş tutacaq.
Görüş zamanı "Fənərbaxça"nın üzvlərini daşıyan avtobusa silahlı basqınla bağlı fikir mübadiləsi aparılacaq.
Tədbirə Ərdoğanla yanaşı, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirören, millinin baş məşqçisi Fatih Terim və digər rəsmi şəxslər qatılacaq.