"Mançester Yunayted"in futbolçusu Robin van Persinin Mançester derbisində oynayıb-oynamayacağı dəqiqləşib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, hollandiyalı hücumçunun "Mançester Siti"yə qarşı İngiltərə Premyer Liqasında keçiriləcək matçı buraxacağı bildirilib. Məlumatı komandanın baş məşqçisi Lui van Qal da təsdiqləyib.
Qeyd edək ki, zədəsini yeni sağaldan van Persi bir neçə gündür komanda ilə ümumi məşqlərdə iştirak edir.
Əlavə edək ki, "Mançester Yunayted" - "Mançester Siti" qarşılaşması aprelin 12-i keçiriləcək.
"Şəfa"dan qol yağışı