"Çelsi"nin zədəli futbolçusu Dieqo Kostanın son durumu müəyyənləşib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, onun dörd oyun buraxacağı bildirilib. Bu isə o deməkdir ki, D.Kosta İngiltərə Premyer Liqasında QPR, "Mançester Yunayted", "Arsenal" və "Lester"ə qarşı matçlarda oynamayacaq.
Qeyd edək ki, D.Kosta "Stok Siti"yə qarşı ölkə çempionatının 31-ci turunda keçirilən görüşdə zədələnib.
"Şəfa"dan qol yağışı