İspaniya Futbol Federasiyası "Real"ın Kriştiano Ronaldonun cəzası ilə bağlı şikayətinə baxıb.
Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, federasiya "Rayo Valyekano" ilə oyunda cəzalı duruma düşən portuqaliyalı futbolçunun sarı vərəqəsini ləğv edib.
Rəqibi ilə mübarizədə simulyasiyaya yol vermədiyi aşkarlanan Ronaldo sabah La Liqanın 31-ci turunda "Eybar"la keçiriləcək oyunda iştirak edəcək.
Qeyd edək ki, Ronaldodan fərqli olaraq Xames Rodriqez və Toni Kroos cəzalı duruma düşdükləri üçün "Eybar"la oyunda "Real"a kömək edə bilməyəcəklər.
"Şəfa"dan qol yağışı
"Messini geri qaytarmaq istəyirdik, amma..."
“Qarabağ” və “Nyukasl” oyuna bu heyətlə çıxır
"Nyukasl" Qordonla bağlı nə planlaşdırır?
Futbolçularla bağlı yeni qadağa tətbiq oluna bilər