"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Azərbaycan Premyer Liqasının 29-cu turunda "Bakı" ilə qolsuz bərabərə qaldıqları matçdan sonra açıqlama verib.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, futbolçularının bacarıqlarını ortaya qoyduğunu söyləyib:
"Biz qələbə qazanmaq istəyirdik. Düşünürəm ki, iki eynisəviyyəli komanda mübarizə aparırdı. 1 qol nəticəni müəyyənləşdirəcəkdi. Bunu heç bir komanda edə bilmədi. Məncə, nəticə oyuna görə oldu”.
"Şəfa"dan qol yağışı