AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 29-cu turunda "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları matçı şərh edib.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, Ağdam klubunu qələbə münasibəti ilə təbrik edib:
“Ardıcıl 3 oyundur ki, məğlub oluruq. Çətindir. Oyunçu problemimiz var. Viktor İqbekoyi və Aleksandr Şemonayev zədəlidir. Buna baxmayaraq, komanda nəsə etmək istəyirdi. Amma yenə də uduzduq".
T.Əhmədov bildirib ki, 4-cü yer tutmaq artıq onlar üçün əlçatmazdır:
"Bütün bu çətinliklərə baxmayaraq, mübarizə aparmaq lazımdır”.
"Şəfa"dan qol yağışı