Rəşad Sadıqov zədələndi

Rəşad Sadıqov zədələndi
XƏBƏR 9 Aprel 2015 / 18:26 3284
-  A +

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 29-cu turunda hazırda davam edən AZAL-la oyunun ikinci hissəsində əvəzlənmək məcburiyyətində qalıb.

Qol.Az-ın məlumatına görə, buna təcrübəli futbolçunun qasıq nahiyyəsində ağrı hiss etməsi səbəb olub.

Oyunu davam etdirə bilməyən Rəşadı 46-cı dəqiqədə İlqar Qurbanov əvəzləyib.

Qeyd edək ki, hazırda davam edən "Qarabağ" - AZAL matçında hesab 2:1 Ağdam təmsilçisinin xeyrinədir.


Son xəbərlər