"Qalatasaray"ın futbolçusu Uesli Sneyder zədələnib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, komandasının məşqini yarımçıq tərk edən hollandiyalı yarımmüdafiəçi bu gün tibbi müayinədən keçib. Onun sol ayaq əzələsinin dartıldığı bəlli olub. Artıq U.Sneyderin müalicəsinə başlanılıb.
Onun müalicə müddəti barədə məlumat verilməyib.
"Şəfa"dan qol yağışı