"Real"ın futbolçusu cəzalandı

"Real"ın futbolçusu cəzalandı
XƏBƏR 9 Aprel 2015 / 14:16 5049
-  A +

"Real"ın futbolçusu Toni Kroos cərimələnib.

Qol.Az-ın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, buna almaniyalı futbolçunun avtomobili ilə sürət həddini aşması səbəb olub.

80 km/saat sürət həddi olan yolda 117 km/saatla hərəkət edən T.Kroosa 120 avro cəza kəsilib. Aprelin 16-da onun məhkəməsi olacaq. Məhkəmə prosesində təcrübəli futbolçunu şəxsi vəkili təmsil edəcək.  

Qeyd edək ki, "Rayo Valyekano" ilə görüşdə sarı vərəqə limitini dolduran T.Kroos şənbə günü "Eybar"la keçiriləcək oyunda iştirak edə bilməyəcək.


Son xəbərlər