La Liqa təmsilçisi "Deportivo" baş məşqçisi Viktor Fernandesi istefaya göndərib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna komandanın uğursuz çıxış səbəb olub.
Ölkə çempionatında səkkiz həftədir qalib gələ bilməyən "Deportivo"nun son matçda "Kordoba" ilə bərabərə qalmasından sonra klub rəhbərliyi V.Fernandeslə yolları ayırmağa qərar verib.
Qeyd edək ki, "Deportivo" turnir cədvəlində 27 xalla 17-ci pillədədir.
"Şəfa"dan qol yağışı