Millimizin sabiq üzvü Branimir Subaşiç şərəfini qoruduğu "Manisaspor"da problemlə üzləşib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, birinci liqa təmsilçisinin iki aydır futbolçuların maaşını ödəmədiyi məlum olub. Bu isə oyunçuların narazılığına səbəb olub. Aşağı liqaya düşmək təhlükəsi olan "Manisaspor"un futbolçuları maaşlarını alacaqları təqdirdə, komandada əhval-ruhiyənin yüksələcəyini düşünürlər.
Qeyd edək ki, "Manisaspor" hazırda turnir cədvəlində 26 xalla 15-ci pillədədir.
"Şəfa"dan qol yağışı