Ruslan Qurbanov derbidə oynamadı

Ruslan Qurbanov derbidə oynamadı
XƏBƏR 9 Aprel 2015 / 01:35 2635
-  A +

Xorvatiya kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, millimizin üzvü Ruslan Qurbanovun şərəfini qoruduğu "Hayduk" (Split) öz meydanında əzəli rəqibi RNK (Split) klubunu qəbul edib.

Split derbisində qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı bərabərliklə tərk edib - 1:1. R.Qurbanov matçın 18-liyinə salınsa da, oyunda iştirak etməyib.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü aprelin 22-də keçiriləcək.


Son xəbərlər