"Bavariya"nın Messisi olmaq üçün..." - Riberi

"Bavariya"nın Messisi olmaq üçün..." - Riberi
XƏBƏR 9 Aprel 2015 / 00:01 4511
-  A +

"Bavariya"nın futbolçusu Frank Riberi 2007-ci ildə Madrid "Real"ının təklifini rədd etməsinə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, "goal.com"a danışan fransız futbolçu "Bavariya"nın Messisi olmaq üçün Münhen təmsilçisini seçdiyini deyib:

"Transfer dönəmində "Bavariya" rəhbərliyi mənə klubun Messisi olacağımı dedilər. Həmin vaxt "Real" da məni istəyirdi. Lakin "Real"la müqayisədə "Bavariya"da mənə daha çox ehtiyac vardı. "Barselona" üçün Messi kimdirsə, mən də "Bavariya" üçün o olacaqdım. Ona görə də "Real"ın təklifini rədd edərək "Bavariya"ya keçdim. Bu komandada qaldığım üçün çox xoşbəxtəm".

Qeyd edək ki, 2007-ci ildən "Bavariya"nın şərəfini qoruyan Riberi keçirdiyi 193 oyunda 68 qola imza atıb.


Son xəbərlər