Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Şərif Şərifovun "Bakı-2015" I Avropa Oyunlarından kənarda qalmasının səbəbi müəyyənləşib.
Qol.Az-ın "İnterfax" agentliyinə istinadən yaydığı xəbərə görə, bu barədə 27 yaşlı pəhləvanın özü məlumat verib.
Yeni çəki dərəcəsinə (97 kq) hələ uyğunlaşmadığı deyən Şərifov Xetaq Qazyumovla görüşdə məğlub olduğunu bildirib: "Təəssüf ki, Avropa Oyunlarına vəsiqə qazana bilmədim. Yeni çəki dərəcəmə təzəcə keçdiyimdən, hələ adaptasiya olmamışam. Komandanın lideri Xetaq Qazyumovla görüşüm oldu və uduzdum. Bu səbəbdən, "Bakı-2015"ə düşə bilmədim".
2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi artıq 2016-cı il Rio-de-Janeyro olimpiadasına hazırlaşacağını əlavə edib: "Avropa Oyunlarına düşməsəm də, hələ böyük olimpiada var. Ora hazırlaşacağam. Fikrimcə, Rio-2016-da müsbət nəticə göstərəcəyəm".
"Bakı-2015"də şanslara gəlincə, Şərifov deyib ki, güləşçilərimiz çoxlu medal qazanacaqlar: "Hamının əvəzinə danışmayacağam, amma fikrimcə, güləşçilər yaxşı çıxış edəcəklər. Azərbaycanda güləş ən güclü idman növüdür. Yığma daim ön pillələrdə olur. Amma digər ölkələrdən də Bakıya zəif idmançılar gəlməyəcəklər. Asan olmayacaq".
Sonda olimpiya çempionumuz proqnoz da verib. O bildirib ki, Azərbaycan Avropa Oyunlarında medal sıralamasında 5-ci yeri tuta bilər.
Qeyd edək ki, Şərif Şərifov London olimpiadasında 84 kq çəki dərəcəsində qızıl medal qazanıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı