“Qəbələ”nin 17 yaşlılardan ibarət komandasının iştirak etdiyi İtaliyada keçirilən beynəlxalq turnir başa çatıb.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” “A.S.D. Borgaro 1965” klubunun təşkilatçılığı ilə Turin şəhərində keçirilən “Mario Maggoni – Walter - Richi” turnirində 3 oyunda qüvvəsini sınayıb. Sayca 36-cı dəfə keçirilən çox nüfuzlu turnirin qrup mərhələsində "Qəbələ" adlı-sanlı “Sampdoriya” və “Parma”, həmçinin təşkilatçı klubla üz-üzə gəlib. Baş məşqçi Ramin Quliyev və köməkçisi Emin İmaməliyevin rəhbərlik etdiyi kollektiv genuyalılara 0:1, parmalılara 0:2 hesabı ilə uduzub. Komandamız turniri meydan sahibləri ilə qolsuz heç-heçə ilə başa vurub.
Yalnız qrup qalibləri və ən yaxşı nəticəyə malik komanda yarımfinala yüksəldiyindən “Qəbələ” qrup səddini adlamayıb. Turnirin qalibi adına isə finalda “Atalanta”nı 3:0 hesabı ilə məğlub edən “Sampdoriya” qazanıb. Mükafatlandırma mərasimində “Qəbələ”nin futbolçusu Hacıağa Hacıyev də fərqlənənlərdən biri olub. O, yarışda iştirak edən xarici klubların heyətində ən yaxşı futbolçu kimi fəxri kubokla mükafatlandırılıb.
U-17 ilə yanaşı, qüvvəsini ölkə xaricində təşkil olunan turnirdə sınayan 12 yaşadək futbolçulardan ibarət komanda isə ənənəvi “İzmir kuboku”nda mübarizə aparıb. 21 ölkədən olan 48 komanda arasında olan “qırmızı-qaralar” G qrupunda yer qalıb. Almaniya təmsilçisi Mönhenqladbax “Borussiya”sına və Qırğızıstan “Bişkek”inə 0:4, Rumıniyalı əfsanə Georgi Hacının Futbol Akademiyası, “Altay” və “Bursaspor”a 0:1 hesabı ilə məğlub olan komanda növbəti mərhələdə yerli klublarla üz-üzə gəlib. “Kasimpaşa”ya 0:1 hesabı ilə məğlub olan U-12 “Korriklu” ilə “sülh” bağlayıb – 1:1. “Başakşəhər”ə 1:4 hesabı ilə uduzduqdan sonra isə “qırmızı-qaralar” “İzmirspor” üzərində qələbə qazanıb - 3:0. Turnirin son günündə Almaniya “Vattenşayd”ı ilə qolsuz heç-heçə edən "Qəbələ" “Kasımpaşa”ya yenilib – 0:3. İzmirdəki son matçında Bolqarıstanın “Ariston Ruse” komandasını sınağa çəkən “Qəbələ” Rəşad Əhmədov, Ülvi Mədətov və Emil Süleymanovun qolları ilə 3:0 hesablı qələbə qazanıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı