“Xəzər Lənkəran”la oyunda mühüm olan 3 xal qazanmaq idi. Bəlkə də gözəl oyun sərgiləmədik. Amma əsas odur ki, qarşıya qoyulan məqsədə çatdıq”. Qol.Az-ın futbolxeber.az saytına istinadən verdiyi məlumata görə, bu sözləri Bakı “İnter”inin hücumçusu Franka Nildo deyib.
Braziliyalı forvard "Xəzər Lənkəran"la Premyer Liqanın 28-ci turunda qali gəldikləri matçın (2:0) ilk yarısında istədiklərini oyunu sərgiləyə bilmədiklərini qeyd edib: “Fasiləyə qədər oyunumuz istədiyimiz kimi alınmadı. “Xəzər Lənkəran” da meydana uğur qazanmaq üçün çıxmışdı. Onlar da əllərindən gələni edirdilər. Fasilədən sonra təzyiqi artırıb, istəyimizə çatdıq”.
“İnter”in hesabı açdığı penalti epizodunda Nildo, topa yaxınlaşmaq istəsə də, sonrada baş məşqçi Kaxaber Sxadadzenin göstərişi ilə zərbəni Meza Kolli yerinə yetirdi. Nildo məsələyə belə aydınlıq gətirib: “Penaltini tək mən yox, başqaları da yerinə yetirmək istəyirdi. Baş məşqçimiz isə Derlisin zərbə endirməsini tapşırdı. Çünki vacib məqam idi. Matçın taleyini həll etmək baxımından penaltini düzgün dəyərləndirmək lazım idi. Derlisin daha dəqiq oynayacağını düşünən baş məşqçi topu ona verməyimi istədi. Nəticə göstərdi ki, o, düzgün qərar verib. Bu da normal haldı”.
Sonda “İnter”in forvardı çempionluq üçün sona kimi mübarizə aparacaqlarını vurğulayıb: “Çempionluq şansımız davam edir. Hamımız istəyirik ki, çempion olaq. Aradakı xal fərqini aradan qaldırmaq üçün maksimum çalışacağıq. Futbolda hər cür nəticə qeydə alına bilər. Çempion olmaq istıyiriksə, qalan 8 turda xal itirməməliyik”.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
Milli komandanın sabiq qapıçısı 37 yaşında vəfat etdi
Tevesin vida oyunu: Messi olacaq, bəs Ronaldo?
Məşhur hakim səhvini etiraf edib üzr istədi
Kimmix danışdı, “Bavariya” narazı qaldı
“Bornmut” təəccübləndirir
“İnter” Azərbaycan millisinin hücumçusu ilə maraqlanır
2031-ci ilə qədər "İnter"də
"Beşiktaş" "Hapoel"i belə məğlub etdi - Video
Azərbaycanlı futbolçu Konfrans Liqasında oyuna çıxdı
"Trabzonspor" və "Kayrat" qalib gəldilər
"Milan" və "Beşiktaş"dan qələbə
Ərdoğan “Beşiktaş” prezidentinə zəng etdi
“Beşiktaş”ın matçında dava düşdü - Yenilənib
“Real”ın gənc futbolçusunu hədəfə aldılar
Məşq bazasında həbs olundu
“Tottenhem”də ciddi itki
Gəncədə qalib müəyyənləşmədi
“Beşiktaş”la derbidə oynaya bilər